"Bəhanələrə Yox!" kitabından mənalı sitatlar | Kitab sözləri

Uğursuzluq üçün minlərlə bəhanə olduğu halda,bircə dənə də olsun real səbəb yoxdur…
-Mark Twain

Bəhanələrə Yox!, Brian Tracy

  • Nəyinsə mümkünlüyünü sübut edən ən əsaslı dəlil, artıq birinin bunu etmiş olması faktıdır.
  • Deyirlər, insan bir işə bəhanə gətirməyə sərf etdiyi qədər enerjini səmərəli  bir işə sərf etsə, aldığı nəticə özünü belə təəccübləndirər...
  • Və əksinə: hər dəfə güzəştə getdikdə, asan yol seçdikdə və ya dəyərlərinizin əksinə hərəkət etdikdə xarakterinizi zəiflədirsiniz.
  • İnsan beyni düşünə bildiyi və inandığı hər şeyi əldə edə bilər.
  • Düşüncə tarixindəki ən böyük kəşf çox güman ki, siz ən çox düşündüyünüz olursunuz fikridir.
  • Uğursuzlar bəhanə gətirir, qaliblər isə inkişaf edir.
  • Üzünü günəşə çevirəndə kölgələr arxada qalır.
  • Güclü insanlar nəyə inandığını və kim olmaq istədiyini aydın görən adamlardır.
  • Ən böyük qələbə özünə qalib gəlməkdir.
    -Platon
  • Hər iş asan olmazdan öncə çətin olur.
  • Konsentrasiya qanununa uyğun olaraq diqqətinizi nəyin üzərində çox cəmləyirsinizsə o inkişaf edir. Dəyər verdiyiniz prinsiplər haqda düşündükcə onlar sizin alt şüurunuza nüfuz edir və sonda siz özünüzdən asılı olmayaraq həmin prinsiplərə uyğun hərəkət edirsiniz.
  • Orta səviyyəli adam yalnız orta səviyyəli işdə işləyir və orta əmək haqqı alaraq bütün ömrünü maliyyə problemlərinin narahatlığı ilə keçirir. Orta adamı mükəmməl adamdan sadəcə nazik bir pərdənin ayırdığından isə xəbəri olmur. Acı həqiqət isə ondan ibarətdir ki, heç kim bir yerdə dayanmır, ya daha yaxşı olmaq istiqamətində irəliləyir ya da üzü aşağı yuvarlanaraq pisləşir.
  •  Özünüzə qalib gəlmək minlərlə döyüşdə qələbə çalmaqdan üstündür. O zaman bütün qələbələr sizinlə olacaq. Bunu heç bir qüvvə sizdən ala bilməz.
  • Biz nəinki sadəcə bu istəklərə malikik, hətta onlara nail olmağın yollarını da bilirik. Və nə vaxtsa qol çırmayıb həmin işləri görmək məramındayıq. Amma qolumuzu çırmayıb işə girişməzdən öncə tətil götürüb, Nə vaxtsa adlı gözəl tropik adaya istirahətə getməyi qərara alırıq.
  • Uğurlu insanlar ömürləri boyu gələcək böyük nailiyyətlər naminə bugünkü cılız mükafatlardan imtina edirlər.
  • Pis adətlərə alışmaq asan,onlarla yaşamaq isə çətindir. Yaxşı adətləri isə aşılamaq çətin onlarla yaşamaq isə asandır.
  • Acı həqiqət isə ondan ibarətdir ki, heç kim bir yerdə dayanmır, ya daha yaxşı olmaq istiqamətində irəliləyir ya da üzü aşağı yuvarlanaraq pisləşir.
  • Başqa sözlə,ən uğurlu insanlar,uzaqgörənliklə düşünən insanlardır.

    «Bəhanələrə Yox!»  kitabından mənalı sitatlar | Kitab sözləri

    "Bəhanələrə Yox!"  kitabından mənalı sitatlar | Kitab sözləri
 

Həyatda hər kəsin iki seçimi olur, ya öz məqsədi üçün işləmək, ya da başqalarının məqsədi üçün işləmək. Siz hansını seçəcəksiniz ¿

Bəhanələrə Yox!, Brayan Treysi
 
  • Şərait şəxsi formalaşdırmır, sadəcə özünü tanımasını təmin edir.
  • Uğurun məşhur açıqlaması belədir: Həyatını istədiyin kimi yaşamaq, istədiyin işlə məşğul olmaq, yalnız öz seçdiyin insanlarla və istədiyin şəraitdə işləmək imkanı.
  • Yalnız güclü xarakterə malik olub, gələcəyi düşünən insanlar iqtisadiyyatımızın və sosial sistemlərimizin davamlı inkişafını təmin edə bilərlər.
  • Müdriklik təhsil və həyat təcrübəsi ilə əldə edilir, güclü xarakter isə gündəlik həyatın vurhavurunda, xırda, amma vacib işlərin daim nəzarətdə saxlanması nəticəsində qazanılır.
  • Özünüzə qarşı digərlərindən daha çox tələbkar olun. Bəhanə axtarmayın, özünüzə acımayın. Özünüz üçün ən sərt rəhbər, digərlərinə qarşı isə anlayışlı olun.
  • Uğursuzluq üçün minlərlə bəhanə olduğu halda bircə dənə də olsun real səbəb yoxdur.
  • Dahi insanların bioqrafiyası ilə tanış olduqda onların hamısının ilk qələbəsinin özləri üzərində olduğunu aşkar etdim; daxili intizam onların hamısı üçün birinci olmuşdur.
    -Harri S.Truman
  • Hərəkətləriniz o qədər ucadan danışır ki, sizin özünüzün nə dediyinizi eşidə bilmirəm!
  • Hətta siz işdə olduğunuz zamanı kim isə avtomobilinizi zədələmişsə, siz hadisəyə bilavasitə cavabdehlik daşımasanız da, ona verəcəyiniz reaksiyaya görə cavabdehlik daşıyırsınız.
  • Özünüzə və digərlərinə qarşı nə qədər düzgün olmağınız xarakterinizin keyfiyyətinin ən yaxşı göstəricisidir. Məhz düzgünlük sizin bütün digər dəyərlərinizin qarantıdır. Nə qədər düzgün və səmimi olsanız onda dəyər verdiyiniz digər keyfiyyətləri də yaxşı qavrayar və onlara uyğun yaşayarsınız.
  • Başqa sözlə, insanlar, lazım olanı etmək əvəzinə, asan, maraqlı və səmərəli görünəni edirlər.
  • Uşaq yaşlarından insanlar öz həyatlarına görə cavabdehliyi digərlərində görməyə adət edirlər.
  • Uzaq zirvələr güclü insanlar tərəfindən,
    Edilməmişdir fəth qəfil sıçrayışla.
    Yatarkən digərləri şirin yuxuda,
    İrəliləyirdilər oblar gecələr də.
  • Uğurlu adamların etdiklərini usanmadan təkrarlanasınız, sonunda sizin də, uğurlu insanların əldə etməyinizə heç nə mane ola bilməz.
  • Daxili intizam, istəyinizdən asılı olmayaraq lazım olan işi görmək bacarığıdır. Beləliklə, daxili intizam şəxsi inkişafın açarıdır. Bu, bütün qapıları açan və hər şeyi mümkün edən möcüzəli xüsusiyyətdir.
  • Nə vaxtsa filan kitabı oxuyacağam.
    Nə vaxtsa məqsədimə nail olmaq üçün lazımi olan işləri görəcəyəm.
    Nə vaxtsa…
    -Əhalinin 80%'i Nə vaxtsa adasında yaşayır.Nə vaxtsa görəcəkləri işlər və əldə edəcəkləri nailiyyətlər haqqında düşünür,xəyallar qurur.Bəs onların Nə vaxtsa adasındakı qonşuları kimlərdir?
    +Nə vaxtsa adasının digər sakinləri!
  • Vinsent Pill deyirdi: Allah sizə hədiyyə göndərəndə onu problemin içində gizlədir. Hədiyyə nə qədər böyük olursa problemdə bir o qədər böyük olur. Diqqətinizi problem üzərində cəmləmək əvəzinə 《Hədiyyə》ni axtarın. Onu mütləq tapacaqsınız. Ən maraqlısı odur ki, çox vaxt hədiyyə problemdən qat-qat dəyərli olur.

Uğurun ən böyük mükafatı qazandığınız pul və sərvət deyil,uğur qazanmaq uğrunda apardığınız mübarizə nəticəsində daha yaxşı və daha fərqli bir insana çevrilmənizdir.

Bəhanələrə Yox!, Brayan Treysi
 

0 şərh